Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 24 aprel 2009 08:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Aeroport şossesində, Sabunçu körpüsünün üstündə baş verib. Məlumata görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Mehdiyev Aydın Həsən oğlunun idarə etdiyi “Ranc Rover” markalı, 10 SF 010 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən 1983-cü il təvəllüdlü Həşimov Samir Sabir oğlunun idarə etdiyi “Tayota Camri” markalı, 90 EU 715 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində “Tayota Camri” qismən yanıb, sürücüsü S. Həşimov isə aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Sərnişin 1967-ci il təvəllüdlü Mustafayev Ramiz Mustafa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR