Sabunçu sakini intihar edib

Sabunçu sakini intihar edib
# 24 aprel 2009 10:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında növbəti intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsi, Saratov küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Kərəm Temurxan oğlu Qarayev yaşadığı evin həyətində, mal tövləsindən özünü kəndirlə asıb. Mərhumun spirtli içkilərin aludəçisi olduğu bildirilsə də, onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR