Goranboyda çovğun 100 baş mal-qaranı məhv edib

Goranboyda çovğun 100 baş mal-qaranı məhv edib
# 24 aprel 2009 16:52 (UTC +04:00)
Goranboy. Cəmşid Bəxtiyar-APA. Dünən kəskinləşən hava şəraiti Goranboyun Qaraçinar kəndinin təsərrüfatlarına güclü zərbə vurub. APA-nın Qərb bürosunun məlumatına görə, kəndin təqribən 100 başa qədər mal-qarası dağlarda çovğuna düşərək məhv olub. Mal-qara örüşə çobansız getdiyindən sahibləri onların çovğunda qırılmasından gec xəbər tutub. Qırılan mal-qaranın hamısı qaçqın və məcburi köçkünlərin şəxsi təsərrüfatına aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR