Respublika Hərbi prokurorunun işdən çıxarılmış müavinləri Baş Prokurorluğun sərəncamındadırlar

Respublika Hərbi prokurorunun işdən çıxarılmış müavinləri Baş Prokurorluğun sərəncamındadırlar
# 27 aprel 2009 14:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Respublika Hərbi prokurorunun birinci müavini İlham Məmmədov və müavin Tofiq Rəsulov Baş Prokurorluğun sərəncamındadırlar. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Baş Prokurorluq üzrə müvafiq əmrlə Respublika Hərbi Prokurorluğunun strukturunda edilən dəyişikliklərlə əlaqədar respublika hərbi prokurorunun birinci müavini İlham Məmmədov və müavin Tofiq Rəsulov tutduqları vəzifələrindən azad ediliblər. Hazırda onlar Baş Prokurorluğun sərəncamındadırlar və prokurorluq orqanlarında müvafiq işlə təmin olunacaqlar.

Qeyd edək ki, İlham Məmmədov 2003-cü ilin aprelin 24-də Respublikası Hərbi prokurorunun 1-ci müavini vəzifəsinə təyin olunub. O, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının üzvü olub.

T. Rəsulov isə 7 oktyabr 1995-ci ildə Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR