Bakıda 77 yaşlı piyadanı maşın vurub

Bakıda 77 yaşlı piyadanı maşın vurub
# 29 aprel 2009 08:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında 77 yaşlı kişini maşın vurub. Bakı şəhər Baş Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Binə qəsəbəsində, Hövsan südçülük sovxozu şossesində baş verib. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Süleymanov Müsənnif Baba oğlu idarə etdiyi “VAZ-2107” markalı, 90 BJ 187 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1932-ci il təvəllüdlü Quliyev Aqil İsa oğlunu vurub. Qəza nəticəsində ağır yaralanan A. Quliyev təcilli olaraq xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR