Azərbaycan Dövlət Neft Akademiyasına terror hücumu edən Fərda Qədirovun doğulduğu kənddən reportaj

Azərbaycan Dövlət Neft Akademiyasına terror hücumu edən Fərda Qədirovun doğulduğu kənddən reportaj
# 30 aprel 2009 21:36 (UTC +04:00)
Bütün günü F. Qədirovgilin kənddəki qapısı qıfıllı evinin qarşısından çəkilməyən həmkəndliləri hadisədən çox şaşqın idilər. Onlar ancaq “ bu hadisə elə-belə törədilməyib” sözündən başqa bir şey demirdilər.
Daştəpə ərazi vahidinin də daxil olduğu Qullar kənd icra nümayəndəsi Vidadi Həsənov isə bu hadisənin baş verməsini və onu öz həmkəndlilərinin törətməsinin şokunu yaşayırlar.

Evin qarşısına toplaşanlar F. Qədirovun əmisinin həyat yoldaşı Şirin Süleymanova APA-ya deyib ki, onların pula ehtiyacı olmayıb: “Fərdanın pula ehtiyacı yox idi. Yaxşı yaşayırdılar. Ailədə ondan başqa Şeyda adlı qardaşı, Yeganə adlı bir bacısı da var. Bacısı həyat yoldaşından ayrılıb. Ailəsi neçə ildir ki, Moskva yaxınlığında Podolsk şəhərində yaşayır, orada ticarətlə məşğuldurlar. Mənim oğlum Bayram da Fərda ilə bir yerdə oxuyub. Bilmirik nə baş verib. Hamımız şokdayıq”.

Qeyd edək ki, Azərbaycan Neft Akademiyasında baş verən terror aktı Gürcüstan ictimaiyyətini, eyni zamanda dövlət idarə və təşkilatlarında yüksək vəzifədə çalışan soydaşlarımızı da sarsıdıb.

Gürcüstan prezidentinin köməkçisi Mübariz Qarayev, Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov, parlamentin azərbaycanlı deputatlarından Azər Süleymanov, Ramin Bayramov, Marneuli Bələdiyyəsinin sədri Ayvaz İsmayılov, Marneuli rayon icra başçısının müavini Heydər Musayev, Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi və Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin müəllim və tələbə heyəti hadisədən kədərləndiklərini bildirən açıqlamalar yayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR