Azərbaycanın Lənkəran şəhərində oğul anasını bıçaqlayıb

Azərbaycanın Lənkəran şəhərində oğul anasını bıçaqlayıb
# 04 dekabr 2009 06:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə dekabrın 4-də şəhərin general Fikrət Məmmədov küçəsindəki 10 saylı yaşayış evində qeydə alınıb. Həmin ünvanda yaşayan 1970-ci il təvəllüdlü Aslan Məmmədəli oğlu Zeynalov ailə münaqişəsi zəmnində anası, 1950-ci il təvəllüdlü Zemfira Mirzə qızı Əkbərovaya bıçaqla qarın nahiyyəsindən ağır bədən xəsarəti yetirib. Zərərçəkmiş dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib və onun üzərində cərrahiyyə əmaliyyatı aparılıb. MRX-dən APA-nın yerli bürosuna Z.Əkbərovanın vəziyyətinin hazırda orta-ağır olduğu bildirilib. Hadisəni törədən A.Zeynalov isə könüllü ŞPŞ-nə gələrək əməlini etiraf edib. Müstəntiqin sözlərinə görə, ana ilə oğul ruhi xəstədir və hər ikisi Lənkəran Rayonlararası Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin qeydiyyatındadır.

Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR