Bakıda dələduzluq yolu ilə vətəndaşların pullarını ələ keçirən keçmiş bank işçisi 13 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda dələduzluq yolu ilə vətəndaşların pullarını ələ keçirən keçmiş bank işçisi 13 il müddətinə azadlıqdan məhrum edilib
# 04 dekabr 2009 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluq yolu ilə vətəndaşların pullarını ələ keçirən keçmiş bank işçisinə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Kamran Cəlalovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə K. Cəlalov 13 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham olunan K. Cəlalov “Nikoil Bank”ın valyutadəyişmə məntəqələrindən birinin rəhbəri işləyib. O, dələduzluq yolu ilə 400 min manat mənimsəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR