47 yaşlı Göygöl rayon sakini İntihar edib

47 yaşlı Göygöl rayon sakini İntihar edib
# 09 dekabr 2009 07:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Göygöl rayon sakini Bəxticamal Rəhimov özünü öldürüb. Bu barədə APA-ya Göygöl rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gün baş verib. 1962-ci il təvəllüdlü Bəxticamal Rəhimov rayonun Üçtəpə kəndi yaxınlığında ağacdan özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat verilməyib. Mərhumun taksi sürücüsü olduğu bildirilib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR