Gəncədə Milli Kitab Mükafatının təsisçiləri ziyalılarla görüş keçirib

Gəncədə Milli Kitab Mükafatının təsisçiləri ziyalılarla görüş keçirib
# 09 dekabr 2009 09:15 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Milli Kitab Mükafatı təsisçiləri Gəncədə Mircəlal Paşayevin xatirə muzeyində şəhər ziyalıları ilə görüş keçirib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbirdə Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məçid çıxış edərək mükafatın yaradılmasının əsas məqsədinin ədəbi mühitdə yeni əsərlərin yaradılmasına stimul vermək, həmçinin əhalinin geniş kütləsinin kitaba olan marağını bərpa etmək olduğunu bildiriblər.

Qeyd edək ki, Milli Kitab Mükafatının tanıtımı Gəncədən öncə Lənkəran, Quba, Qazax və Tovuzda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR