Sumqayıtda bağ evində partlayış olub, xəsarət alan var

Sumqayıtda bağ evində partlayış olub, xəsarət alan var
# 10 dekabr 2009 08:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Sumqayıt şəhərində bağ evində partlayış baş verib, xəsarət alan var. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə ötən gecə Sumqayıt şəhərində, bağlar massivi adlanan ərazidə, 63 yaşlı Əntiqə Mustafayevaya məxsus bağ evində qeydə alınıb. Təbii qaz sızmasının səbəb olduğu partlayış nəticəsində mənzildə dağıntı olub və ev sahibəsi ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda xəstənin vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR