Uşaq bağçasında yanğın olub

Uşaq bağçasında yanğın olub
# 11 dekabr 2009 08:16 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov - APA. Kürdəmir rayonunun Aran qəsəbəsində yerləşən 4 saylı uşaq bağçasında yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə yanğınla əlaqədar Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinə dekabrın 11-də gecə saat 00.08-də məlumat daxil olub. Dərhal əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Ümumi sahəsi 400 kvadratmetr olan 2 mərtəbəli uşaq bağçasının bir otağını bürüyən alovun qarşısı alınıb, digər otaqlar yanğından mühafizə olunub. Hadisə zamanı 13 kvadratmetr ərazi yanaraq yararsız hala düşüb. Otağın tavanı, döşəməsi, pəncərəsi, oradakı çarpayı, stol və oturacaqlar yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə yanğına elektrik naqillərinin qısaqapanması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR