Üç ay əvvəl ailə qurmuş 21 yaşlı Kürdəmir sakini özünü asıb

Üç ay əvvəl ailə qurmuş 21 yaşlı Kürdəmir sakini özünü asıb
# 17 dekabr 2009 06:54 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov - APA. Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə hadisə dekabrın 16-da saat 17:00 radələrində Kürdəmirin Sorsor kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Kərimov Namiq Əlimirzə oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 3 ay əvvəl yeni ailə quran N. Kərimovun intiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR