Dəvəçi sakini özünü kanala ataraq intihar edib

Dəvəçi sakini özünü kanala ataraq intihar edib
# 17 dekabr 2009 11:33 (UTC +04:00)
Bakı-APA. Dəvəçi rayon sakini Kamil Bədəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kamil Bədəlov dekabr ayının 14-də itkin düşüb. Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti dekabrın 16-da saat 10.30 radələrində Dəvəçi rayonunun Ağbaş kəndi ərazisindən keçən "Samur-Abşeron" su kanalında tapılıb. Araşdırmalar zamanı K. Bədəlovun ruhi xəstə olması və intihar etməsi müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR