Narkotik vasitələrin alverində təqsirləndirilən Pakistan və Özbəkistan vətəndaşlarına hökm oxunub

Narkotik vasitələrin alverində təqsirləndirilən Pakistan və Özbəkistan vətəndaşlarına hökm oxunub
# 17 dekabr 2009 15:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin alverində təqsirləndirilən Pakistan və Özbəkistan vətəndaşlarına hökm oxunub. APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Pakistan vətəndaşı Həmidullah Bəxbadşah, Özbəkistan vətəndaşları Manzura Sayfilloyeva və Muyiba Khamarayevaya hökm oxunub. Hökmə əsasən, onların hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2009-cu il iyunun 19-da Azərbaycan Dövlət Gömrük Komitəsinin keçirdiyi əməliyyat zamanı təqsirləndirilənlərdən 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR