Dələduzluqda təqsirləndirilən qadın 7 il azadlıqdan məhrum edilib

Dələduzluqda təqsirləndirilən qadın 7 il azadlıqdan məhrum edilib
# 21 dekabr 2009 10:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etməkdə təqsirləndirilən qadına hökm oxunub. APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Məşuqə İsmayılovanın cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə M. İsmayılova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü İsmayılova Məşuqə Davud qızı Cinayət Məcəlləsinin 178.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə , 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub. O, cinayət əməllərini Gəncədə törədib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR