Sabirabadda bələdiyyə üzvlüyünə namizəd dünyasını dəyişib

Sabirabadda bələdiyyə üzvlüyünə namizəd dünyasını dəyişib
# 22 dekabr 2009 19:46 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov-APA. Azərbaycanın Sabirabad rayonunda bələdiyyə üzvlüyünə namizəd dünyasını dəyişib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Əhmədabad kəndinin sakinləri məlumat verib.

Sakinlərin bildirdiyinə görə, bu gün həmin kəndin sakini Əhmədabad bələdiyyəsinə bitərəf namizəd, 1942-ci il təvəllüdlü Şavkatov Damurxan Şavkat oğlu kənd çayxanasında olarkən ürək tutmasından dünyasını dəyişib.

Məlumatı 64 saylı Sabirabad ІІ Dairə Seçki Komissiyasından təsdiqləyiblər.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri günüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR