Penitensiar Xidmətin rəis müavini: “Əfv sərəncamının icrası bu gün başa çatacaq”

Penitensiar Xidmətin rəis müavini: “Əfv sərəncamının icrası bu gün başa çatacaq”
# 26 dekabr 2009 09:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Adı əfv siyahısına düşmüş beş məhkum bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb. APA-nın məlumatına görə, onlardan 4-ü Azərbaycan, 1-i Nigeriya vətəndaşıdır. Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilov əfv sərəncamının icrasının bu gün başa çatacağını bildirib.

Qeyd edək ki, prezidentin dekabrın 25-də imzaladı əfv sərəncamı ümumilikdə 99 nəfərə şamil olunub. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 89 və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 nəfər cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər isə cərimə cəzasından azad edilib, 1 qadın məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR