“Sazan Electronics Industry Company” şirkətinin rəhbəri: “İranda həbsdə olan azərbaycanlı alimin səhhətində problem yoxdur”

“Sazan Electronics Industry Company” şirkətinin rəhbəri: “İranda həbsdə olan azərbaycanlı alimin səhhətində problem yoxdur”
# 26 dekabr 2009 10:58 (UTC +04:00)
O, Rəşid Əliyevin Tehranın “Evin” həbsxanasında saxlanıldığını bildirib: “Mən Rəşid Əliyevlə 10 gün əvvəl telefonla danışmışam. Rəşid müəllim özü mənə zəng etmişdi. Onunla həbsdən azad olunması barədə danışdıq. Rəşid müəllim nə vaxt azad olunacağını bilmir”. R. Əliyevin tez-tez ailəsi ilə də telefon əlaqəsi saxladığını qeyd edən şirkət rəhbəri onun nədə ittiham olunduğunu bilmədiyini deyib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev bir il əvvəl İran İslam Respublikasında həbs edilib. R. Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti və BDU rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib, 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib.

Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasa da, o, bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru A.Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis Rəşid Əliyevin viza ilə bağlı problemi olduğunu bəhanə gətirərək onu həbs edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR