Azərbaycanın Şirvan şəhər sakinini qatar vurub

Azərbaycanın Şirvan şəhər sakinini qatar vurub
# 26 dekabr 2009 16:26 (UTC +04:00)
Məlumatda bildirilir ki, bu gün saat 18.00 radələrində Şirvan şəhər sakini S. Vurğun küçəsi 2 mənzil 8 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Qafarov Əsədulla Feyzulla oğlu dəmir yolu xəttini adlayarkən onu qatar vuraraq kənar tullayıb.

Nəticədə o, kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı nəqliyyat polisində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR