Azərbaycan paytaxtında iş adamının avtomobilindən 190 min manat oğurlanıb

Azərbaycan paytaxtında iş adamının avtomobilindən 190 min manat oğurlanıb
# 28 dekabr 2009 08:11 (UTC +04:00)
Hadisə paytaxtın Xətai prospektində qeydə alınıb. Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Anar Süleymanova məxsus “Range Rover” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 190 min manat naməlum şəxslər tərəfindən oğurlanıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. BŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Yusif Məhərrəmov və Fariz Kərimov tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR