Özgə əmlakını mənimsəmədə təqsirləndirilən bank filialının rəhbəri məhkəmədə özünü təqsirli bilməyib

Özgə əmlakını mənimsəmədə təqsirləndirilən bank filialının rəhbəri məhkəmədə özünü təqsirli bilməyib
# 29 dekabr 2009 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Azərdəmiryolbank" ASC-nin Şamaxı filialının direktorunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərnə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, "Azərdəmiryolbank" ASC-nin Şamaxı filialının müdiri Bayramov Tural Zakir oğlu qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda özgə əmlakını mənimsəmə və ya israf etmə yolu ilə talayıb. T. Bayramov 2008-ci il yanvarın 21-dən 2009-cu il martın 2-dək “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının müdiri vəzifəsində işləyərkən vəzifəsindən istifadə etməklə 2008-ci ilin yanvar ayından 2009-cu ilin mart ayınadək ayrı-ayrı vətəndaşların adlarına kredit rəsmiləşdirərək, həmin məbləğləri götürməklə cəmiyyətə məxsus 413.483 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
“Azərdəmiryolbank” Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit Departamenti tərəfindən 2009-cu il fevralın 25-də Şamaxı filialının xəzinəsində aparılmış yoxlama zamanı 388.796 manat və 30.478 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin bir bağlama girov qızıl əşyalarının filialın xəzinəsindən götürülərək mənimsənilməsi aşkar edilib.

T. Bayramov isə ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə prosesi 2010-cu il yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, T. Bayramov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə) maddəsi ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR