Azərbaycanın Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib
# 04 yanvar 2010 14:32 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Azərbaycanın Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yanvarın 3-də saat 18:00 radələrində Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Məmmədov Vüsal Firdovsi oğlu idarə etdiyi BMV markalı avtomobillə Narkoloji dispanserin qarşısında yolu keçmək istəyən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Bayramov Nicat Elşad oğlunu vurub.

Hadisə nəticəsində xəsarət alan Gəncə şəhər sakini Təcili Tibbi yardım xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR