Cəlilabad rayonunda baş verən yol qəzasında üç nəfər ölüb

Cəlilabad rayonunda baş verən yol qəzasında üç nəfər ölüb
# 05 yanvar 2010 07:50 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cəlilabad rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 4-də axşam saatlarında Ələt - Astara magistralının 136-cı kilometrliyində - Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayon sakini, 47 yaşlı Ağamurad Qurbanovun idarə etdiyi “VAZ -21099” markalı avtomobil Bakı şəhərinin Qaradağ rayon sakini, 28 yaşlı Taleh Eminovun idarə etdiyi “MAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “VAZ-21099”-un sürücüsü, həmçinin sərnişinlər Rüstəm Ağayev və Elşad Təhməzov hadisə yerindəcə dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırmalar başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR