Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qəbələ sakininin cinayət işi üzrə məhkəmə başlayıb

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qəbələ sakininin cinayət işi üzrə məhkəmə başlayıb
# 05 yanvar 2010 09:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qəbələ rayon sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı yanvarın 18-nə təyin edilib.

İttihama görə, 2009-cu ilin oktyabrında Qəbələ rayonu Vəndam qəsəbə sakini 31 yaşlı Elnur Kərimov münaqişə zəminində qardaşı 28 yaşlı Seymura bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, Seymurun həyatını xilas etmək mümkün olmayıb. Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində E. Kərimov tutulub.

Təqsirləndirilən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR