İki nəfərin qətlində təqsirli bilinən Rusiya və Azərbaycan vətəndaşlarının cinayət işi üzrə yenidən məhkəmə prosesi başlayıb

İki nəfərin qətlində təqsirli bilinən Rusiya və Azərbaycan vətəndaşlarının cinayət işi üzrə yenidən məhkəmə prosesi başlayıb
# 05 yanvar 2010 10:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iki nəfərin qətlində təqsirli bilinən Rusiya və Azərbaycan vətəndaşlarının cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı yanvarın 14-nə təyin edilib.

Qeyd edək ki, dövlət ittihamçısı İ. Bazilevskinin ömürlük, A. Nuriyevin isə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini istəsə də, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İ. Bazilevski 15 il, A. Nuriyev isə 13 il 6 ay azadlıqdan məhrum edilib.

Apellyasiya protesti və şikayəti əsasında isə hökm ləğv olunaraq yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində olan cinayət işinə xitam verilib və yenidən istintaq aparılması üçün Bakı şəhər Prokurorluğuna göndərilib.

İttihama görə, Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü İqor Bazilevski 2008-ci il dekabrın 15-də tanışı 52 yaşlı Aleksandr Nikolayeviç Qolekovla nahar edib. Araq içdikdən sonra dava düşüb. Nəticədə İ. Bazilevski A. Qolekovu butulka ilə başından vuraraq qətlə yetirib.
2008-ci il dekabrın 16-da isə İ. Bazilevski tanışı Anar Nuriyevlə birgə Xətai rayon Naximov küçəsində yaşayan Rafiq Əliyevin evində yeyib-içiblər. Sonra isə yaranan mübahisə qətllə nəticələnib. İ. Bazilevski R. Əliyevi xüsusi amansızlıqla qətlə yetirib.

Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.10 (təkrar adam öldürmə), 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddələri ilə ittiham olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR