Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqının müddəti uzadılıb

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqının müddəti uzadılıb
# 07 yanvar 2010 14:15 (UTC +04:00)
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, ötən il aprelin 30-da silahlı şəxs tərəfindən Dövlət Neft Akademiyasında insanların xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaqın müddəti cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq uzadılıb. E. Sultanov hazırda iş üzrə istintaqın yekunlaşmaq üzrə olduğunu bildirib. O, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyini deyib.

Qeyd edək ki, ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR