Qardaş qatili 14 il həbsə məhkum edilib

Qardaş qatili 14 il həbsə məhkum edilib
# 08 yanvar 2010 14:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını qətlə yetirməkdə ittiham olunan Bakir Məmmədova hökm oxunub. APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsin cəzasının sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə B. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən Bakının Binə qəsəbə sakini, 1980-cı il təvəllüdlü Bakir Orucəli oğlu Məmmədov ailə münaqişəsi zəminində qardaşı, 1977-ci il təvəllüdlü Balaəli Məmmədovu bıçaqlayıb. Balaəli Məmmədov aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib. Bakir Məmmədov isə hadisə yerindən qaçıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR