Bakı sakinində 1 kilodan çox narkotik aşkarlanıb

Bakı sakinində 1 kilodan çox narkotik aşkarlanıb
# 11 yanvar 2010 08:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakinində 1 kiloqramdan çox narkotik maddə aşkarlanıb. Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Yavər Səfərovda 1 kiloqram 132,7 qram narkotik vasitə olan tiryək tapılaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR