Naxçıvan sakini uçan divarın altında qalaraq ölüb

Naxçıvan sakini uçan divarın altında qalaraq ölüb
# 11 yanvar 2010 11:35 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev-APA Naxçıvan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunun Ərəfsə kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Məmməd Əli oğlu köhnə tikilidə söküntü apararkən irihəcmli divar qatı onun üstünə uçub. M. Hacıyev hadisə yerindəcə dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR