Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər zərərsizləşdirilib

Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər zərərsizləşdirilib
# 12 yanvar 2010 08:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Yanvarın 11-də İmişli rayon sakini Babək Həsənov 11 ədəd saxta 20 və 1 ədəd 100 AZN əsginası şərti alıcıya satarkən Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub. Keçirilən əməliyyat tədbirləri nəticəsində saxta əsginasları ona satan şəxsin Aybəniz Məmmədova olduğu müəyyənləşib. Polis tərəfindən saxtlanılan A. Məmmədovadan əlavə olaraq 13 ədəd 20 AZN saxta əsginas götürülüb. A. Məmmədovanın ətrafında keçirilən tədbirlər nəticəsində məlum olub ki, saxta əsginasları ona Tahir Həsənov verib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR