Bakıda itkin düşən şəxsin meyiti tapılıb

Bakıda itkin düşən şəxsin meyiti tapılıb
# 12 yanvar 2010 09:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında 4 gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb. Bu barədə APA-ya Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Ələkbərov Vidadi Hümbət oğlunun meyiti Xocasən-Lökbatan yolunun üstündə özünə məxsus “VAZ-2106” markalı avtomobildə aşkar edilib. Hadisə yerinə Binəqədi rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu gəlib. Mərhumun meyitinə ilkin baxış keçirən ekspertlər onun çılpaq vəziyyətdə olduğunun şahidi olublar. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.
V. Ələkbərovun ölməzdən əvvəl qadınla cinsi əlaqəda olması ehtimal olunur.

Prokurorluqdan həmçinin bildirilib ki, V. Ələkbərovun ailə üzləri 4 gün əvvəl onun itkin düşməsi barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə ərizə ilə müraciət ediblər.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR