Mingəçevirdə 74 yaşlı piyada yol qəzasında ölüb

Mingəçevirdə 74 yaşlı piyada yol qəzasında ölüb
# 14 yanvar 2010 09:32 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib. Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə yanvarın 14-də səhər saat 7:30 radələrində Mingəçevirin Aydın Məmmədov küçəsindəki geyim əşyaları bazarının qarşısında baş verib. Şəhər sakini, 1955-ci il təvəllüdlü Cəfərov Bəxtiyar Əvəz oğlu idarə etdiyi 59 BC 561 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə küçəni keçmək istəyən piyadanı - şəhərin N. Nərimanov küçəsindəki 29 saylı ünvanda yaşayan 1936-cı il təvəllüdlü Əhmədov Əlimərdan Musa oğlunu vurub. 74 yaşlı piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR