Füzuli rayonunun kənd təsərrüfatı sahələri gəmiricilərin hücumuna məruz qalıb

Füzuli rayonunun kənd təsərrüfatı sahələri gəmiricilərin hücumuna məruz qalıb
# 15 yanvar 2010 10:01 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu - APA. Füzuli rayonunun kənd təsərrüfatı sahələri gəmiricilər tərəfindən viran qoyulub. Füzuli rayonu ərazisində əkin sahələrinə aqrotexniki xidmət göstərən «Crown Co.» MMC-dən APA-nın Qarabağ bürosuna bildirilib ki, 50 min hektardan çox taxıl sahəsinin 10 min hektarı təhlükə qarşısındadır. Gəmirici sürülərinə qarşı mübarizə aparılması üçün lazımi preparatlar alınıb.

Mütəxəssislər zərərvericilərə qarşı tətbiq olunan preparatlarının effektliliyi üçün sahələri əl əməyi ilə dərmanlamağa üstünlük verirlər. Dərmanlama işinə 1000 yerli sakin cəlb olunub. Artıq 2000 hektardan çox sahə dərmanlanıb. Hava şəraiti imkan versə, dərmanlama işləri yaxın on günə yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR