Azərbaycanın Kürdəmir rayon sakini torpaq üstündə əmisi oğlunu bıçaqlayıb

Azərbaycanın Kürdəmir rayon sakini torpaq üstündə əmisi oğlunu bıçaqlayıb
# 17 yanvar 2010 10:24 (UTC +04:00)
Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Beyi kənd sakini, 1979-cu il təvəllüdlü Abbasov Samir Novruz oğlu yanvarın 16-da gecə saat 20:30 radələrində qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Polis əməkdaşları müəyyən edib ki, Samir Novruzovu öz əmisi oğlu, Beyi kənd sakini, 1969-cu il təvəllüdlü Yunisov Vaqif Ədalət oğlu bıçaqlayıb. Məlumata görə, bıçaqlanma hadisəsi onların arasında torpaq üstündə yaranmış mübahisə zamanı baş verib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR