Azərbaycanda iki uşaq atası özünü asıb

Azərbaycanda iki uşaq atası özünü asıb
# 18 yanvar 2010 10:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Sabunçu rayonunda iki uşaq atası özünü öldürüb. Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Balaxanı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Oruc Mahal oğlu Osmanov yaşadığı evdə özünü asıb. Mərhumun işsizlikdən və kasıbçılıqdan ailə üzlərinə dəfələrlə şikayət etdiyi bildirilir. O. Osmanov intihar etməzdən bir neçə saat əvvəl də oğlu ilə bu mövzuda danışıb, artıq dözmədiyini, özünü öldürəcəyini deyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR