Azərbaycanın baş prokuroru: “Ümid edirəm ki, 20 yanvar faciəsinin törədilməsində əli olanlar mühakimə ediləcəklər”

Azərbaycanın baş prokuroru: “Ümid edirəm ki, 20 yanvar faciəsinin törədilməsində əli olanlar mühakimə ediləcəklər”
# 20 yanvar 2010 09:29 (UTC +04:00)
Z. Qaralov 1990-cı il yanvarın 20-də Bakıya yeridilmiş sovet qoşunları tərəfindən dinc əhaliyə qarşı ağır və misli görünməmiş cinayətlər törədildiyi, nəticədə 132 nəfərin həlak olduğunu, 612 nəfərin yaralandığını, minlərlə insanın qanunsuz həbs edildiyini deyib: “Bu faktlarla bağlı həmin dövrün rəhbərliyi lazımi tədbirlər görməyib, ağır cinayət hadisəsinə siyasi qiymət verilməyib. İş o yerə çatıb ki, SSRİ rəhbərliyi tərəfindən hərbçilər haqqında qaldırılmış cinayət işi xətm olunub”.

Z. Qaralov deyib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bu hadisəyə hüquqi qiymət verilib, cinayət işləri bərpa olunub: “Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Vaqif Hüseynov bu cinayətlərdə əlləri olduqlarına görə onlar haqqında cinayət məsuliyyətinə cəlb edilmələri haqqında qərar qəbul edilib”.

Baş Prokuror onu da əlavə edib ki, indiyədək 20 Yanvar faciəsinin törədilməsində iştirak etmiş hərbçilər haqqında açılmış 68 cildlik cinayət işi Azərbaycana verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR