Qax rayonunda məktəbə bomba qoyulması barədə polisə yanlış məlumat verilib

Qax rayonunda məktəbə bomba qoyulması barədə polisə yanlış məlumat verilib
# 20 yanvar 2010 11:53 (UTC +04:00)
Bakı-APA. Qax sakini məktəbə bomba qoyulması barədə rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumat dünən saat 11.30 radələrində qeydə alınıb. Naməlum şəxs Qax RPŞ-nin növbətçi hissəsinə zəng edərək “məktəbə bomba qoyulub, bilirsinizmi?” deyərək telefonu qapadıb. Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində zəngin rayonun Qaşqaçay kənd sakini, 14 yaşlı R.T. tərəfindən edilməsi müəyyən olunub. Araşdırmalar aparılır.

Dünən saat 15.12 radələrində isə naməlum şəxs FHN-in “112” xidmətinə zəng edərək “ermənilər belimə bomba qoyublar” deyərək telefonu qapadıb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb. Dərhal keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Aparılmış araşdırmalar zamanı zəngin Beyləqan rayon sakini, 22 yaşlı Mirani Xəlilov tərəfindən edilməsi müəyyən olunub. Araşdırmalar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR