Azərbaycanda ötən il baş verən yol qəzalarında 930 nəfər ölüb, 3044 nəfər isə xəsarət alıb

Azərbaycanda ötən il baş verən yol qəzalarında 930 nəfər ölüb, 3044 nəfər isə xəsarət alıb
# 21 yanvar 2010 08:46 (UTC +04:00)
Məlumatda bildirilir ki, ötən il respublika ərazisində 2792 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 930 nəfər ölüb, 3044 nəfər isə xəsarət alıb. 2008-ci illə müqayisədə baş vermiş yol nəqliyyat hadisələrində həlak olanların 11.6%, yaralananların sayı isə 5.8% azalıb.
Ötən il Bakı şəhəri ərazisində isə 1159 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 325 nəfər dünyasını dəyişib, 1241 nəfər isə xəsarət alıb. 2008-ci illə müqayisədə yol qəzalarında həlak olanların və xəsarət alanların sayı uyğun olaraq 233 (16,7%), 27(7,7%) və 293 (19,1%) azalıb.
Respublika üzrə qeydə alınmış yol qəzalarının 43,5%-i (1214) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (680) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,7%-i (186) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1%-i (87) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol nəqliyyat hadisələrinin 39,6%-ni (1106), Bakıda isə 51,9 %-ni (602) piyadaların vurulması təşkil edib, nəticədə 349 piyada həlak olub, 837-i yaralanıb.
Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində 54 nəfər uşaq və yeniyetmə həlak olub, 221 nəfər yaralanıb. Ümumilikdə respublikada qeydə alınan yol qəzalarında ölən 930 nəfərdən 728-i kişi, 202-i qadın, xəsarət alan 3044 nəfərdən isə 2300 nəfəri kişilər, 744-ü isə qadınlar təşkil edib.
Məlumatda həmçinin bildirilir ki, 2009-cu il ərzində respublika ərazisində 20 nəfərin həlak olması və 74 nəfərin xəsarət alması ilə nəticələnən 90 yol nəqliyyat hadisəsi bağlı qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR