“GEN” MMC-nin qanunsuz fəaliyyəti ilə bağlı axtarışda olan daha bir nəfər həbs edilib

“GEN” MMC-nin qanunsuz fəaliyyəti ilə bağlı axtarışda olan daha bir nəfər həbs edilib
# 26 yanvar 2010 10:38 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Fuad Kərimov Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 25-də tutularaq istintaqa təhvil verilib.

“GEN” MMC tikinti şirkətinin qanunsuz əməllərindən zərərçəkənlərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Vidadi İsgəndərov isə APA-ya açıqlamasında həbs edilən F. Kərimovun təqsirləndirilən Elbrus Əliyevin yaxın adamlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, GEN” MMC tikinti şirkətinin cinayət işində F. Kərimovun adı keçir. Məhkəmədə təqsirləndirilən E. Əliyev dəfələrlə F. Kərimovun ona külli miqdarda pul borcu olduğunu qeyd edib. Lakin F. Kərimov məlum cinayət hadisəsinin istintaqı zamanı özünü zərərçəkən kimi tanıdıb.

Qeyd edək ki, GEN” MMC tikinti şirkətinin qanunsuz əməlləri ilə əlaqədar başlanan cinayət işinə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə baxılır. Şirkət rəhbəri Əliyev Elbrus Bulud oğlu və digərləri - Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.

Cinayət işi üzrə 10 nəfər şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR