Belçikanın Lyej şəhərində bina uçub, yeddi nəfər həlak olub

Belçikanın Lyej şəhərində bina uçub, yeddi nəfər  həlak olub
# 28 yanvar 2010 01:07 (UTC +04:00)
Bakı-APA. Belçikanın şərqində yerləşən Lyej şəhərində yaşayış binasının uçması nəticəsində yeddi nəfər həlak olub.

APA-nın lenta.ru-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 27-nə keçən gecə baş verib.

Belçika daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, təqribən 100 il əvvəl tikilmiş binanın dağıntıları arasında aparılan axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur.

Hazırda hadisə nəticəsində xəsarət almış 21 nəfər şəhərin xəstəxanalarına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin versiyaya görə, hadisə yerli vaxtla 01.30 (Bakı vaxtı ilə 04.30) radələrində qaz partlayışı nəticəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR