Bakıda qeydiyyatsız yaşayan 21 nəfər Çin vətəndaşı polis tərəfindən saxlanılıb

Bakıda qeydiyyatsız yaşayan 21 nəfər Çin vətəndaşı polis tərəfindən saxlanılıb
# 30 yanvar 2010 10:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında qeydiyyatsız yaşayan 21 əcnəbi polis tərəfindən saxlanılıb. APA-nın məlumatına görə, Çin Xalq Respublikasından olan həmin şəxslərin paytaxtın Qaradağ və Nərimanov rayonları ərazisində müvafiq qeydiyyat və icazələri olmadan yaşadığı müəyyən edilib. Hazırda saxlanan Çin vətəndaşlarının respublika ərazisindən çıxarılması istiqamətində tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR