İki nəfəri bıçaqlamaqda təqsirli bilinən şəxsə hökm oxunub

İki nəfəri bıçaqlamaqda təqsirli bilinən şəxsə hökm oxunub
# 02 aprel 2010 09:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iki nəfəri bıçaqlamaqda təqsirli bilinən şəxsə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə təqsirləndirilən Pərviz Hacıyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2009-cu ilin noyabrında Yasamal rayonu Q. Məcidov küçəsində naməlum şəxs tərəfindən 1976-cı il təvəllüdlü Müşfiq Qəmbərova qarın nahiyəsindən, 1974-cü ildə anadan olan Rasim Cabbarova isə baş nahiyəsindən bıçaqla xəsarət yetirilib. Hadisə mübahisə zamanı baş verib.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Pərviz Şahin oğlu Hacıyev saxlanılıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR