Şəkidə 23 yaşlı şəxsin meyiti tapılıb

Şəkidə 23 yaşlı şəxsin meyiti tapılıb
# 05 aprel 2010 08:15 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonu ərazisindəki göldən 23 yaşlı gəncin meyiti tapılıb. Şəki şəhər Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyit rayonun Baltalı kəndi ərazisindəki Qaraçöl adlanan sahədə yerləşən göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin araşdırma zamanı ölənin şəxsiyyəti dəqiqləşdirilib, onun 1987-ci il təvəllüdlü Şəki rayonu Qoxmuq kənd sakini Saatov Fazil Baba oğlu olduğu məlum olub.

Şəki şəhər Prokurorluğundan bildirilib ki, faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR