Tiflisdə baş vermiş təyyarə qəzasında iki nəfər həlak olub - YENİLƏNİB

Tiflisdə baş vermiş təyyarə qəzasında iki nəfər həlak olub -<font color=red> YENİLƏNİB</font>
# 06 aprel 2010 18:01 (UTC +04:00)
Onun sözlərinə görə, iki nəfərlik təlim təyyarəsi uçuş zamanı müvazinətini itirərək yaxınlıqdakı ikimərtəbəli binaya çırpılıb.

“Bu bina yaşayış binası deyil, orada heç kim yaşamır. 31-ci zavod adlanan ərazidəki aerodromda təlim təyyarəsinin təlimatçısı və onun şagirdi həlak olub. Qəzanın səbəbini bilmirik. Hadisə yerində müvafiq orqanların nümayəndələri çalışır. Cinayət işi qaldırılıb. Araşdırma aparılır», deyə T.Georqadze bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerində çalışan ekspertlər qəzanın səbəbinin təyyarənin nasaz vəziyyətdə havaya qalxmasının olduğunu təxmin etdiklərini bildiriblər.

Ukrayna istehsalı olan A-22 təyyarəsini təcrübəli təyyarəçi-təlimatçı Konstantin Jukovski idarə edib. Onun tələbəsi isə II kurs müdavimi Gela Qabaşvili olub. Hər iki şəxs uçuş zamanı həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR