Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxs tutulub

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxs tutulub
# 07 aprel 2010 08:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Dünyamalıyev aprelin 6-da tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, o, martın 11-də Nizami küçəsində Şamil Məmmədovun mobil telefonunu musiqiyə qulaq asmaq məqsədilə alıb hadisə yerindən qaçıb. Bundan başqa martın 5-də özünu polis əməkdaşı kimi təqdim edən V. Dünyamalıyev Fərhad Əliyevin və Aydın Məmmədovun mobil telefonlarını yoxlamaq adı ilə alıb və geri qaytarmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR