Bakıda Gəmi Təmiri Zavodunda ölüm hadisəsi baş verib

Bakıda Gəmi Təmiri Zavodunda ölüm hadisəsi baş verib
# 08 aprel 2010 15:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda Gəmi Təmiri Zavodunda ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Səbayel rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün axşam saatlarında qeydə alınıb. Gəmi Təmiri Zavodunun işçisi, 28 yaşlı Sergey Stepanoviç Qaraçux iş başında qəfildən dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

Faktla bağlı Səbayel rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR