Gəncədə oğlunu qətlə yetirən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Gəncədə oğlunu qətlə yetirən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib
# 09 aprel 2010 15:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Gəncə şəhəri sakini, 1968-ci il təvəllüdlü Kamal Nəcəfovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə K. Nəcəfov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2009-cu il dekabrın 7-də Kamal Nəcəfov yaşadıqları evdə 1989-cu ildə anadan olan oğlu Sirac Nəcəfovu odlu silahdan atəş açmaqla qətlə yetirib. Hadisə ata ilə oğlunun arasında yaranan mübahisə nəticəsində baş verib. Sərxoş vəziyyətdə olan K. Nəcəfov oğluna ov tüfəngindən atəş açıb. Nəticədə S. Nəcəfov hadisə yerində dünyasını dəyişib.

Münaqişəyə S. Nəcəfov hərbi xidmətdə olan vaxt bacısının nişanlaması səbəb olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR