Bakıda yaşayış evində yanğın olub, ölən var

Bakıda yaşayış evində yanğın olub, ölən var
# 10 aprel 2010 08:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının Əzizbəyov rayonunda yaşayış evi yanıb. Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan bildirilib.

Hadisə aprelin 9-dan 10-a keçən gecə, rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb. Birmərtəbəli yaşayış evində baş vermiş yanğın nəticəsində ev sahibi, 56 yaşlı Akif Zaliyev tüstüdən boğularaq ölüb. Yanğının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR