Azərbaycanda rayon İcra Hakimiyyətinin işçisinə avtomat silahla hücum olub

Azərbaycanda rayon İcra Hakimiyyətinin işçisinə avtomat silahla hücum olub
# 10 aprel 2010 09:35 (UTC +04:00)
Hadisə dünən rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, əvvəl məhkum olunmuş, 46 yaşlı Elmdar Nəsirov sərxoş halda Şəmkir rayon İcra Hakimiyyətinin ərazi üzrə icra nümayəndəliyinə gələrək, icra nümayəndəsi, 50 yaşlı Hafiz Məmmədovdan pul tələb edib. İcra nümayəndəsinin tələb etdiyi pulu vermədiyi görən E. Nəsirov nümayəndəlikdən çıxıb, avtomat silahla silahlanaraq yenidən H. Məmmədovun iş otağına gəlib. E. Nəsirov silahla icra nümayəndəsinə hədə qorxu gələrək, ondan 10 manat alıb və hadisə yerindən qaçıb.

Şəmkir polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən E. Nəsirov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi 1 ədəd “AK-74” avtomat silahı və 98 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR